Ölkə

Deputatların tətili başa çatdı

30 Avqust 2016 10:24
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatıb.

Milli.Az report-a istinadən bildirir ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilib.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.

Xatırladaq ki, qanunverici orqanın üzvləri tətilə iyulun 15-də çıxmışdılar.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının sentyabrın 30-da başlayacağı gözlənilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.