Ölkə

Bakıda iki qəza tıxaca səbəb oldu

30 Avqust 2016 09:35
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında Bakının əsas prospektlərindən birində nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a verilən məlumata görə, hazırda Ziya Bünyadov prospektindən Heydər Əliyev prospekti istiqamətində avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb. Məlumata görə, yaxın dəqiqələrdə prospektdə hərəkət sabitləşəcək.

Eyni zamanda, Afiyəddin Cəlilov küçəsində (Cavanşir körpüsü istiqamətində) də nisbi sıxlıq müşahidə olunur.

Qeyd edək ki, bu gün saat 08:30-da Bakının Xətai rayonunun Nobel prospektində iki yol-nəqliyyat hadisəsi baş verib. Olaylar nəticəsində prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hazırda yolda hərəkət bərpa edilib, avtomobillər maneəsiz hərəkət edir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.