Ölkə

Təhsil haqlarımız bazarda keyfiyyətsiz üzümün qiyməti kimidir

30 Avqust 2016 20:55
Baxış: 1 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq Azərbaycanda çoxları dövlət və özəl ali məktəblərdə bəzi ödənişli ixtisaslar üzrə təhsil haqlarının həddən artıq yüksək olduğunu bildirirlər. Lakin buna baxmayaraq, ali təhsil haqları endirilməkdənsə, ilbəil artırılır. Mediada yer alan məlumatlara görə, bu ödənişlər 1000-6500 manat arasında dəyişir. Bu isə hətta bəzi inkişaf etmiş ölkələrdə müəyyən ali məktəblərdəki təhsil haqlarından da yüksəkdir. Əhalinin gəlir səviyyəsi, orta aylıq maaş və pensiya səviyyəsi də nəzərə alınsa, təhsil haqlarının bu qədər yüksək müəyyən edilməsinin absurd olduğunu bildirənlər də var.

Məsələ ilə bağlı vəziyyəti Milli.Az-a açıqlayan sabiq millət vəkili, təhsil məsələləri üzrə ekspert Şahlar Əsgərov bildirib ki, ali məktəblərdə təhsil haqları bazar qaydalarına uyğun müəyyən edilir:

"Azərbaycanda təhsil haqları təhsilin səviyyəsinə görə, bazar qaydalarına, daha doğrusu, tələbə əsasən müəyyən edilir. Məsələn, biz bazara üzüm çıxarırıq. Üzüm keyfiyyətsiz olsa da, bazarda üzüm olmadığından baha satılacaq. Ona görə də təhsilin dövlət həyatındakı rolu dəqiq dərk olunmalıdır. Dərk olunsa, ortaya belə qüsurlar çıxmaz. Əgər belə qüsurlar ortaya çıxırsa, deməli, təhsilin cəmiyyətdə rolu hələ ki, yaxşı dərk olunmayıb".

Ş.Əsgərovun fikrincə, dövlət gənclərin ali təhsil almasında maraqlı olmalıdır. Ona görə də dövlət bəzi ixtisasları tamamilə özü maliyyələşdirməlidir, bəzi ixtisasları isə cəmiyyətin boynuna ata bilər:

"Deyək ki, dövlət pedaqogika, mühəndislik və s. ilə bağlı ixtisaslar üzrə təhsili pulsuz etməlidir. Amma hüquq, iqtisadiyyat və s. üzrə ixtisaslar pullu ola bilər. Bu çox ölçülüb-biçiləsi məsələdir. Özü də bu problemin publisistik həlli yoxdur, o, elmi cəhətdən əsaslandırılmaqla həll edilməlidir".

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.