Ölkə

Azərbaycanda toy karvanında DAVA: yaralı var

29 Avqust 2016 14:26
4 Şərh     Baxış: 5 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən axşam saatlarında Neftçala rayonunun Aşağı Surra kənd sakini, 38 yaşlı Cəfərov Vasif İmanxan oğlu döyülərək, xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, o, çənə və üz nahiyəsindən xəsarətlər alıb və əlamətlərinə görə, beyin travması almasına şübhə yaranıb. Sürücünün yaxınlarının deməsinə görə, o, tanımadığı şəxslər tərəfindən döyülüb.

Belə ki, zərərçəkən idarə etdiyi avtomobillə kəndin kənarından keçən yoldan evlərinə tərəf hərəkət edərkən, yolda hərəkət üstündə onunla yoldan keçən toy karvanında olan sürücülər arasında münaqişə yaranıb.

Nəticədə, həmin şəxslər Vasifi döyərək xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilmiş Vasif Cəfərovun bu gün qızının toyu olduğu üçün öz təkidi ilə xəstəxanadan müvəqqəti olaraq buraxılıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.