Ölkə

Əli Mirəliyev: "Flora Zeynəbə dil uzatmaz"

29 Avqust 2016 14:58
6 Şərh     Baxış: 5 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər şeyi arada söz aparıb-gətirənlər edirlər".

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Əli Mirəliyev Flora Kərimovanın xalq artisti Zeynəb Xanlarovanın ünvanına kəskin fikirlər səsləndirməsi haqda danışarkən deyib. O, həmin sözləri Flora Kərimovanın dediyinə inanmadığını bildirib:
 
"Mən inanmıram ki, Flora xanım Zeynəb xanım haqda elə sözlər işlətsin. Bu, yüz faiz arada söz aparıb-gətirənlərin uydurmasıdır. Yoxsa Flora heç vaxt Zeynəb xanıma dil uzatmaz. İkisi də böyük sənətkardır. Aralarını vurmağa çalışırlar".
 
Xatırladaq ki, F.Kərimovanın Zeynəb Xanlarova barəsində "onun səsi yoxdur, Ələkbər Tağıyevin çörəyini yeyir" deməsi ilə bağlı xəbərdən sonra qalmaqal yaranıb. Əks-reaksiyalardan sonra Flora Kərimova Zeynəb Xanlarovaya qarşı ittihamlarını daha da artırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.