Ölkə

Gündüz İsmayılov: "Məzhəbçiliyin, dünyəvi təhsilə qarşı təhdidlərin arxasında kənar qüvvələr var"

29 Avqust 2016 12:28
Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xurafat prinsipindən yanaşdığımız məsələlərdən biri də məzhəbçilik olmalıdır. Əslində, xurafatçılığın, məzhəbçiliyin, dünyəvi təhsilə qarşı təhdidlərin arxasında istənilən halda kənar qüvvələr var".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün "Dini radikalizm və xurafat: bir medalın iki üzü" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, məişət mövzusunda olan xurafat əksər hallarda dini radikalizmin başlanğıc nöqtəsini təşkil edir: "Açıq deyək ki, bizdə məişət mütəvisində xurafat elementləri daha çoxdur. Son nəticədə radikal dini cərəyanlar təbliğatlarını qurarkən bu, onların işinə yarayır. Necə yarayır? Məsələn, radikal dini cərəyan üzvü "Quran"dan çıxış edir, sitatlar gətirir. Yaxud da hansısa böyük islam ədəbiyyatlarına istinad edir. Hər hansı yaşayış məntəqəsində, kənddə mərasimlərdə din adından danışan həmin "din" adamının çıxışlarında xurafat elementləri kifayət qədərdir. Onun dedikləri din üzərində dayansa da, təhrif olunur, mətnlər konteksdən çıxarılır. Bu, nəticədə xurafatın yarandığı, xurafat elementlərinin çox olduğu kəndlərdə, yaşayış yerlərində istər-istəməz dini radikalizmin toxumlarının səpilməsinə imkan yaradır".

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov qeyd edib ki, radikalizm cinayət əməli olmaqla, cəmiyyətdə qayda-qanunun, nizamın pozulmasına gətirib çıxarır: "Xurafatçılıq da cəmiyyətimizin əsas problemlərindən biridir. Ona qarşı vaxtında mübarizə aparılmasa, dini radikalizmə çevrilə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.