Ölkə

Gədəbəy sakini özünü bıçaqlayıb - YENİLƏNİB

29 Avqust 2016 15:20
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:20

Gədəbəy rayon sakini özünü bıçaqlayıb.

APA-nın verdiyi məlumata görə, rayon sakini, 1966-cı il təvəllüdlü Şahin Səfərov bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Ş. Səfərov polis əməkdaşlarına özü özünü bıçaqladığını deyib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

----------

12:16

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Şəkərbəy kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 1960-cı il təvəllüdlü Şahin Məhəmməd oğlu Səfərov bədəninin müxtəlif yerlərindən 8 bıçaq yarası alaraq Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanaya gətirilib. 

Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır olaraq qalır. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Gədəbəy Rayon Polisi Şöbəsində araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.