Ölkə

Ali məktəblərdə boş yerlər qalıb

29 Avqust 2016 10:31
0 Şərh     Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul planı (II mərhələdən sonra) 83.31% dolub.

Milli.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üçün 41736 yer ayrılıb.
 
Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12315 nəfər dövlət sifarişi əsasında, 22456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
 
Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,  Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun  plan yerləri isə 95 faiz və daha çox dolub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.