Ölkə

5-ci mərtəbədən yıxılan Cavid necə xilas oldu?

27 Avqust 2016 12:40
7 Şərh     Baxış: 2 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb.

APA bildirir ki, avqustun 25-də Sumqayıt şəhərində 4 yaşlı Cavid Əlizadə evlərinin eyvanından (5-ci mərtəbədən) yıxılaraq 3-cü mərtəbədəki paltar sərilən zivəyə ilişərək asılı qalıb. Uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib.

Milli.Az bildirir ki, elə həmin gün yayılan xəbərlərdə 5-ci mərtəbədən yıxılan 4 yaşlı Cavidi Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirovanın göydə tutduğu qeyd edilirdi. Ona uşağın həyatını xilas etdiyinə görə millət vəkili Aydın Mirzəzadə zəng vurub təşəkkür etmiş, bir dəstə gül göndərmişdi. 
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.