Ölkə

Bakıda 20 yaşlı qızı 4 nəfər zorladı

27 Avqust 2016 12:23
176 Şərh     Baxış: 34 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonu ərazisində qrup şəklində zorlanma hadisəsi qeydə alınıb.

Milli.Az azxeber.com-a istinadən bildirir ki, vesti.az-ın verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsindən bildirilənə görə, iyul ayının 2-də 1994-cü il təvəllüdlü Ceyran Qasımova (ad və soyad dəyişdirilib) qrup şəklində zorlanma şikayəti ilə müraciət edib.

Ərizəyə əsasən, Ceyran Qasımova iyun ayının 30-da Müjgan adlı tanışı ilə 04 radələrində H.Əliyev 119 ünvanında yerləşən "Deluxe" otelinə yollanıblar. Orada dörd nəfər naməlum kişi onun içkisinə yuxu dərmanı atıb. Bundan sonra onun köməksiz vəziyyətindən istifadə edən kişilər onunla cinsi əlaqəyə giriblər.

Ceyranın bədbəxtlikləri bununla bitməyib. Təxminən 11.00-da elə həmin oteldə Tərlan adlı şəxs onun köməksiz vəziyyətindən istifadə edib və ona seksual xarakterli hərəkətlər edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.