Ölkə

Yol qəzasında 13 yaşlı uşaq öldü

27 Avqust 2016 11:25
3 Şərh     Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 51-ci kilometrliyində, Kürdəmirin Muradxan kəndi ərazisində qeydə alınıb. Rayonun Mollakənd sakini Coşqun Qərib oğlu İsayevin idarə etdiyi "Nissan İnfiniti" markalı avtomobillə eyni istiqamətdə hərəkət edən rayonun Ərəbxan kənd sakini, 67 yaşlı Ağamusa Qəni oğlu Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Zərbənin gücündən "VAZ-2106" yoldan çıxaraq aşıb. Nəticədə sürücü, onun 42 yaşlı oğlu Mahmud Mahmudov, 13 yaşlı nəvəsi Elməddin Mahmudov və həmkəndliləri, 13 yaşlı Ağamir Məcid oğlu Mirzəyev ağır xəsarət alıblar.
 
Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da, 13 yaşlı E. Mahmudov orada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.     

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.