Ölkə

Azərbaycanda oğlan uşaqları daha çox piylənirlər

27 Avqust 2016 09:56
3 Şərh     Baxış: 2 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda piylənmə xəstəliyinə tutulan uşaqların sayı məlum olub.

Milli.Az report-a istinadən bildirir ki, ötən il 586 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib. Bu da əhalinin 100 000 nəfərinə 23 nəfər təşkil edir. Ötən il piylənmə xəstəliyinə tutulan uşaqların 274-ü qız, 312-si oğlan uşaqları olub.

Ümumiyyətlə, 0-13-yaş arası uşaqlardan piylənmə xəstəliyinə tulanların 47,4 faiz qız, 52,6 faizi oğlan olub. 14-17 yaş arası yenitmələrdə isə xəstəliyə tutulanların 45,5 faizi qız, 53,2 faizi oğlan olub.

Xatırladaq ki, ötən il tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 51 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.