Ölkə

Bakıda ərin arvadına etdiyi prokurorluq işçilərini mat qoydu

26 Avqust 2016 16:54
35 Şərh     Baxış: 20 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda kişi arvadını az qala intihar həddinə çatdırsın. Hüquq-mühafizə orqanı əməkdaşları kişinin öz arvadını çılpaq şəkillərini yayacağı hədəsi ilə ilk dəfə rastlaşdıqlarını etiraf ediblər. Hazırda Bakının Nizami Rayon Prokurorluğunda bu fakt araşdırılır. 

Milli.Az sputnik-ə istinadən bildirir ki, rayon prokurorluğuna Keşlə qəsəbəsinin 30 yaşlı sakini N.C. müraciət edib.  

O bildirib ki, əri (hazırda sabiq əri) - Abşeron rayonunun Müşviqabad qəsəbəsində yaşayan, əslən Qəbələdən olan F.B. qadını şəkillərini internetdə yerləşdirəcəyi ilə hədələyib. Qadın hüquq mühafizəçilərinə bu biyabırçılıq üzündən hətta intihar etmək istədiyini belə söyləyib.

Hər şey ərinin Rusiyaya qazanc ardınca getməsindən sonra başlayıb. Rusiyaya getdikdən bir müddət sonra əri ona "Əgər sənə xəyanət etməyimi istəmirsənsə, mənə çılpaq şəkillərini göndər" məzmunlu ismarıc yazıb.

Qadın uşağının atasının sözlərinə inanıb və həqiqətən də bu şəkillərinin ərinin ona sədaqətini qorumasına yardım edəcəyinə inanaraq şəkillərini yollayıb. Amma bir müddət sonra qadına xəbər çatıb ki, əri bu şəkilləri öz tanışlarına və qohumlarına göstərir. Bunu eşidən qadın boşanma üçün ərizə verib. 

Amma kişi bununla sakitləşməyib, onu şəkillərinin internetdə yerləşdirəcəyi ilə hədələməyə başlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.