Ölkə

Hacıqabulda bədbəxt hadisə: pəncərə şüşəsi üstünə düşdü...

26 Avqust 2016 13:32
1 Şərh     Baxış: 1 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Nəvahi kəndində qeydə alınıb. 

Həmin kəndin sakini, 24 yaşlı Elvin Habil oğlu Kazımov sağ qolunun vətərlərinin kəsilmiş diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Zərərçəkənin yaxınları bildiriblər ki, E.Kazımovun üstünə pəncərə şüşəsi düşüb və onun qolunu kəsib.

Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olaraq qaldığından o Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.