Ölkə

Azərbaycanda avtomobil sürən qadınların sayı artıb

26 Avqust 2016 11:58
13 Şərh     Baxış: 2 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alanlar arasında qadınların sayı son beş ildə 4 faizdən 5,9 faizə qədər artıb.

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən report-a verilən məlumata görə, ötən il sürücülük vəsiqəsi alan 144 672 nəfərdən 8 521 nəfəri (5,9 faizi) qadınlar olub.
2010-cu ildə sürücülük vəsiqəsi alan qadınların sayı 5 650 nəfər idi.
Son beş ildə qadınlar ən çox sürücülük vəsiqəsini 2013-cü ildə əldə ediblər. Həmin il vəsiqə əldə edən qadınların sayı 11 166 nəfər olub.
Son beş ildə kişilər arasında daha çox sürücülük vəsiqəsi də 2013-cü ildə (237 231 nəfər) alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.