Ölkə

Olimpiya kəndinin mebeli satılır İDDİASINA CAVAB

25 Avqust 2016 15:13
Baxış: 2 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən sosial şəbəkələrdə ötən il Bakıda keçirilmiş Avropa Oyunlarının iştirakçılarının yaşadığı Olimpiya kəndindəki mebellərin satışı ilə bağlı xəbər yayılıb.

Satış haqqında elanların skrin-şotları ilə əsaslandırılmış məlumatlar istifadəçilərin narazılığına səbəb olub.

Haqlı sual yaranıb: bəs 2017-ci ilin may ayında keçiriləcək İslam Oyunları necə olsun? Maliyyə böhranı dövründə həmin yarışlar üçün yeni mebellər alınacaq? Bəziləri hətta zarafatla bildiriblər ki, avropalıların yatdığı çarpayılar "halal" deyil və müsəlman idmançılar üçün yeni mebel alınmalıdır.

Milli.Az bildirir ki, virtualaz.org-un sualını cavablandıraraq Gənclər və İdman Nazirliyindən bildiriblər ki, satışa çıxarılan mebel Olimpiya kəndindən deyil, onun yaxınlığında yerləşən media kəndindəndir - burada xarici jurnalistlər yaşayırdılar.

"İslam Oyunlarında media-kənd lazım olmayacaq. Jurnalistlər öz hesablarına otellərdə qalacaqlar, - nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib. - Media-kəndin binaları icarəyə götürülmüşdü və icarənin müddəti bitib. Mebelləri boşaltmaq lazımdır və bunların 25%-i satışa çıxarılıb. Yerdə qalan hissəsi isə nazirliyin balansında olan Şüvəlandakı uşaq mərkəzinə və regionlara göndərilib".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.