Ölkə

Nabranda batan ikinci şәxsin meyiti tapılıb - YENİLƏNİB

24 Avqust 2016 22:44
1 Şərh     Baxış: 2 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:44

Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində dənizdə batan ikinci şəxsin dә meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlunun meyiti Fövqәladә Hallar Nazirliyinin әmәkdaşları tәrәfindәn tapılaraq aidiyyatı üzrә tәhvil verilib.

Qeyd edәk ki, Quba rayonu Digah kənd sakinləri,  1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulub.
 
Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunmuşdu. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyiti bu gün batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.

---------

17:39

Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində iki nəfər dənizdə batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Quba rayonu Digah kənd sakinləri,  1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulublar.
 
Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc-xilasetmə qrupu cəlb olunub. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyidi batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
 
E. Ömərovun axtarışları davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.