Ölkə

Özü getdi, elanı qaldı: "Şortiklə gəzmək qadağandır!" - YENİLƏNİB - FOTO

24 Avqust 2016 15:22
23 Şərh     Baxış: 8 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:22

İsmayıllı rayonunun Lahıc qəsəbəsində insanların şortla gəzməsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlar yalandır.

Bu barədə Trend-ə İsmayıllı rayonunun Lahıc bələdiyyəsindən bildirilib.

Bələdiyyədən verilən məlumata görə, elanda adı qeyd edilən Lahıc bələdiyyə sədri Rəfiqə İsmayılova iki ildir bu vəzifədə çalışmır: "Həmin elan köhnədir. 2-3 il əvvəl olan elanı sosial şəbəkələrdə indi yerləşdiriblər. Belə bir elanın indi yayılmasında məqsədin nə olduğunu başa düşə bilmirik. Hazırda Lahıcda heç bir yerdə belə bir elan yerləşdirilməyib və qadağa da qoyulmayıb".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Lahıc qəsəbəsində insanların sortla gəzməsinə qadağanın qoyulduğunu bildirən elan yerləşdirilib. Elanda qeyd edilib ki, qəsəbənin adət-ənənələrinə riayət edilməli, burada milli ənənələrə uyğun olmayan paltarlarla - şortla gəzmək qadağandır. Elanda bu tapşırığın Lahıc bələdiyyə sədri Rəfiqə İsmayılova və Lahıc qəsəbə icra nümayəndəsi Fikrət Haqverdili tərəfindən verdiyi qeyd edilir.

---------

12:37

İsmayıllının Lahıc qəsəbəsi Azərbaycanın Şirvan zonasının ən çox turist cəlb edən məkanlarından biridir. Turistlərin diqqətini cəlb edən bu qəsəbədə yerləşən qədim tikililər, tarixi abidələr və yerli əhalinin fəaliyyətdə olan sənətkarlıq emalatxanalarıdır.

Milli.Az virtualaz-a istinadən bildirir ki, sosial şəbəkələrdə paylaşılan fotoşəkildən məlum olur ki, qəsəbənin rəhbərliyi turistləri adət-ənənələrə riayət etməyə çağırmaqla yanaşı, qəsəbə ərazisində şortla gəzməyin qəti qadağan olması barədə xəbərdarlıq edib.

Mədəniyyət və Turizm Nazirliyinin məsələ ilə bağlı mövqeyini öyrənmib mövzuya qayıdacağıq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.