Ölkə

Həbsdən çıxdılar: qızı torpaq altına, ata - kameraya - YENİLƏNİB

24 Avqust 2016 12:48
22 Şərh     Baxış: 5 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:48

Salyanda ata qızını iplə boğaraq öldürüb.
 
APA-nın məlumatına görə, avqustun 21-də Salyan sakini, 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyidi yaşadığı evdən tapılıb. Araşdırmalarla onu atası, 1954-ci il təvəllüdlü Eldar Əliheydər oğlu Qurbanovun öldürdüyü müəyyənləşib. Qadının meyidi məsciddə yuyularkən boynunda aşkarlanan ip izindən öldürüldüyü üzə çıxıb.
 
E. Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.
 
Qeyd edək ki, Gülnar Qurbanova və atası əvvəllər məhkumluq həyatı yaşayıblar. E. Qurbanov 17 il həbsxanada olub. Qadının isə narkotik asılılığı olduğu bildirilir. 

---------

11:37

Salyan şəhərində bir neçə gün əvvəl meyidi tapılan Gülnar Qurbanovanın qətlə yetirildiyi məlum olub.

Milli.Az bildirir ki, Rayon Prokurorluğundan report-a verilən məlumata görə, G.Qurbanovanı atası Eldar Qurbanov boğaraq öldürüb.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, avqustun 21-də Salyan şəhərində mənzildə 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyidi tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.