Ölkə

Dövlət Komitəsinin Aparat rəhbəri dəyişdi

23 Avqust 2016 18:00
Baxış: 2 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay İbrahimov öz ərizəsi ilə işdən çıxıb.
 
Müvafiq əmrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva Aparat rəhbəri təyin edilib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya faktı təsdiqləyib.
 
Qeyd edək ki, bir müddət əvvəl Oqtay İbrahimov dələduzluqda ittiham olunan Səfər İmanovun yerinə təyin olunmuşdu. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.