Ölkə

"O həkim ümumiyyətlə içki içmir"

23 Avqust 2016 16:45
0 Şərh     Baxış: 2 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Sağlamlıq Mərkəzində 67 yaşlı Vladimir Zotovun ölümünə içkili həkimin səbəb olması ilə bağlı məlumatlar yalandır".

Milli.Az bildirir ki, bunu Trend-ə Bakı Sağlamlıq Mərkəzinin direktoru Hikmət Həsənov deyib.

V.Zotovu müayinə edən şöbə müdiri Elçin Əzizov ümumiyyətlə alkoqollu içki içmir. Mərkəz direktoru əlavə edib ki, avqustun 19-da təcili-tibbi yardım maşını ilə xəstəxanaya daxil olan V.Zotova görə həkim E.Əzizova zəng edilib və ondan ağır vəziyyətdə olan xəstəyə görə evindən mərkəzə gəlməsi xahiş edilib.

E.Əzizov Şüvəlandan öz avtomobili ilə mərkəzə 25 dəqiqəyə gəlib: "Əgər Elçin Əzizov içkili olsaydı, avtomobilini idarə edə bilməzdi. Xəstənin yaxınlarının bu barədə söylədiklərinin hamısı yalandır. Elçin Əzizov çox səriştəli həkimdir".

Direktor əlavə edib ki, V.Zotov 2 dəfə infarkt olub: "Bunun fəsadı olaraq, onun bağırsağında tromboz (bağırsaq "infarktı") yaranıb. Təcili yardım xidməti çağırılanda da onun şikayəti ürəyindən olub. Lakin sonradan onun qarnında ağrılar, yəni tromboz başlayıb. Mərkəzdə xəstənin laporoskopik müayinəsi aparılıb və dəqiqləşdirilib ki, onun bağırsağında tromboz var. Xəstə üçün səhər saat 11-dək bütün reanimasiya tədbirləri görülüb. Lakin buna baxmayaraq, o, dünyasını dəyişib. Onun ölümü də gözlənilən idi. Çünki bu diaqnoz 100 faiz ölümə səbəb olur".

Qeyd edək ki, mərhumun övladı atasını müayinə edən həkimin içkili olduğunu, bu səbəbdən atasını müayinə edə bilmədiyini iddia edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.