Ölkə

Metroda hava niyə çatışmır və problem nə vaxt həll olunacaq? - Rəsmi açıqlama

20 Avqust 2016 21:04
7 Şərh     Baxış: 7 241

Yay aylarında Bakı metrosunda hava çatışmazlığından Milli.Az-a şikayət edən oxucuların sayı artıb. Sərnişinlər qeyd edirlər ki, isti havalarda metroda istər platformalarda, istərsə də vaqonlarda nəfəs almaq çətinləşir. Elə bu səbəbdəndir ki, demək olar ki, hər gün metroda kiminsə ürəyi gedir, bayılır. Metroda kondisionerli qatarların olmasını təqdir edən şikayətçilər ya onların sayının artırılmasını, ya da köhnə qatarlarda da kondisioner sisteminin quraşdırılmasını tələb edirlər.

Milli.Az-ın sorğusuna cavab olaraq məsələyə aydınlıq gətirən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, son zamanlar sərnişinlərin metroda tənəffüsünü asanlaşdırmaq üçün müəyyən işlər görülüb. Məsələn, yeni, kondisionerli vaqonlar alınıb, havalandırma sistemində yeniliklər edilib. Lakin hamı, o cümlədən Metropoliten rəhbərliyinin özü də bilir ki, bunlar yetərli deyil:

"Dünyanın heç bir yerində metronun tam kondisionerləşməsi həyata keçirilmir, çünki mümkün olan şey deyil. Söhbət burada yalnız qatarlarda kondisioner sisteminin quraşdırılmasından gedə bilər. Bilirsiz ki, hazırda metroda yalnız son aldığımız 3 qatarda kondisioner sistemi var. İndi istifadədə olan köhnə Sovet istehsallı qatarlarda isə kondisionerlərin quraşdırılması mümkün deyil. Çünki onlarda kondisionerlərin quraşdırılması nəzərdə tutulmayıb. Amma istifadədə olan qatarların istismar müddəti bitdikcə, xətlərdən çıxarıldıqca yerinə daha müasir, kondisionerlərlə təchiz olunmuş yeni qatarlar alınmasına üstünlük veriləcək".

Platforma və tunellərdə havalandırmanın vəziyyətinə gəlincə, şöbə rəisi qeyd edib ki, bu məsələ də tədricən həllini tapır: "Bəli, bizə köhnə qatarlarda və tunellərdə havasızlıqla bağlı şikayətlər var. Biz bunu inkar etmirik. Amma biz havalandırma sistemini günbəgün yeniləyirik. Həm yeni havalandırma ventilyatorlaı quraşdırılır, həm havada sərnişinlərin həyatına təhlükə törədə bilən hər hansı çirkliliyi, rütubətliyi, hava axınını müəyyən edən cihazlar alınıb. Hətta yay mövsümü girməzdən öncə havalandırma sisteminin yay qrafiki tərtib olunub. Hər şey elə nəzərə alınıb ki, havalandırma sistemi elə işləsin ki, tam faydalı olsun. O da danılmaz faktdır ki, görülən bütün bu işlərin nəticəsində bu il Bakı Metropolitenindəki havalandırma ötən illərə nisbətən daha yaxşıdır. Təbii ki, bu istiqamətdəki işləri bundan sonra davam etdirəcəyik".

N.Paşayev yay aylarında ventilyatorların işləmə prinsipinə də aydınlıq gətirib: "Yayda Bakıda havalar çox isti keçir. Metropolitendə də belə bir təlimat var ki, əgər bayırda havanın temperaturu 35 dərəcəni keçirsə, o zaman bayırdakı isti havanın tunellərə vurulmasına icazə verilmir. Belə olanda sadəcə ventilyatorlar vasitəsilə daxildə havanın dəyişməsi, sirkulyasiyası təmin edilir. Bu gün bu da bir faktdır ki, metroda havanın temperaturu çöldəki temperaturdan çox deyil, əksinə, aşağıdır".

Bakı Metropoliteni sözçüsünün sözlərindən belə aydın olur ki, metroda havalandırma və qatarlarda kondisioner məsələsini birdən-birə həll etmək mümkün deyil, bununla bağlı işlər görülür və problemi yalnız tədricən həll etmək mümkün olacaq. Ona görə də sərnişinlərə hələ bir müddət də səbir lazım gələcək...

İlkin İzzət

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

7 Şərh:

  • Anonim
    GULLER XANIM · 20 Avqust 2016 21:0600

    Hec vaxd

    Cavab yaz
  • Anonim
    Ramin · 20 Avqust 2016 21:1700

    Boş söhbətdi..Moskvada bütün gatarlarda kondisioner güraşdırılıb..

    Cavab yaz
  • Anonim
    EKBER.. · 20 Avqust 2016 21:2500

    Nece ildi metrodan istifade etmirdim. O gun tesedufen metroya duwmeli oldum, baxmayaraqki cox muddet kecib, buna baxmayaraq, hec bir yenilik gormedim, teesuf...

    Cavab yaz
    • Anonim
      Ayla · 20 Avqust 2016 22:1500

      Bu insanlardan aslidir mence pis hava buraxmasalar ozlerine fikir verseler hava temiz olar

      Cavab yaz
  • Anonim
    Pecheneg · 21 Avqust 2016 01:4500

    Hal hazirda isifade olunan vaqonlarin hamsinin istismar muddeti kecib ve yaxud standartlara cavab vermir.yararsizdi.amma biz istifade edirik.bilinmir niye

    Cavab yaz
  • Anonim
    xediw · 21 Avqust 2016 08:1600

    hec vaxt duzelmiyecek.

    Cavab yaz
  • Anonim
    Mübariz · 9 Sentyabr 2016 01:2300

    Nədə hec vaxt düzələn deyil onsuzdab

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.