Ölkə

Qəza törədib polisə yalan məlumat verdi - "Maşınım qaçırılıb"

30 İyul 2016 13:48
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 26-da, saat 01 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsindən qəsəbə sakini Emin İmranova məxsus "Mercedes" markalı avtomobil qaçırılması barədə məlumat daxili olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Beləki, E.İmranovun iyulun 26-da qəsəbə ərazisində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi və avtomobili hadisə yerində qoyub hadisə yerini tərk etməsi, həmçinin polisə yalan məlumat verməsi müəyyən edilib.

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.