Ölkə

"Eşidəndə şoka düşəcəksiniz"

30 İyul 2016 12:45
22 Şərh     Baxış: 36 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan dünyaya gələcək ilk nəvəsindən danışıb.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən Seyidcahan kürəkəni ilə də bağlı bəzi sirləri açıqlayıb:
 
"Nəvəm sentyabrın sonunda dünyaya gələcək. Artıq adı da hazırdır. Sürpriz ad Allahın qızıma hədiyyəsi olacaq. Hələ dünyada belə bir ad eşitməmisiniz, eşidəndə şoka düşəcəksiniz".
 
Elza uşağın o biri nənəsindən də danışıb:
 
"Kürəkənim Elxanın anası rəhmətə gedib, buna görə nənəlik missiyasını təkcə yerinə yetirəcəyəm. Rəhmətlik arvad deyirmiş ki, oğluma görə çox narahatam, bilmirəm, necə ər, necə ata olacaq, arvadını saxlaya biləcəkmi? Artıq oğlu evlənib, qız övladı gözləyir. Nəvəsi dünyaya gələndə, yəqin ki, rəhmətlik ananın da ruhu şad olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.