Ölkə

Nazirlikdən çörəyin qiyməti ilə bağlı AÇIQLAMA

29 İyul 2016 16:51
25 Şərh     Baxış: 13 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadiyyat Nazirliyi çörəyin qiymətinin artması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az bildirir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev azvision.az-a açıqlamasında deyib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır.

"Qanunvericiliyə görə çörək dövlət tərəfindən tənzimlənən məhsulların siyahısına daxil deyil. Bununla belə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı çörəyin qiymətində artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində dəyişiklik baş versə, səbəbləri araşdırılacaq". 

Qeyd edək ki, sosial şəbəkələrdə çörəyin qiymətinin bahalaşması və 30 qəpiklik çörəyin 40 qəpiyə, 40 qəpiklik çörəyin isə 50 qəpiyə satılması ilə bağlı məlumalatlar yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.