Ölkə

"Beş dəqiqəlik öpüşə..." - Azərbaycanlı məşhurdan ŞOK SÖZLƏR

29 İyul 2016 14:33
17 Şərh     Baxış: 21 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilk dəfə filmdə fahişə obrazını mən oynamışam.

Milli.Az bildirir ki, bunu publika.az-a açıqlamasında əməkdar artist, aktrisa Mehriban Xanlarova deyib. Aktrisa bu gün də filmin dramaturji həlli tələb etdiyi halda belə obraz yaradacığını bildirib.

Amma bir şərtlə: "Azərbaycanda aktrisaya o qədər qonorar verilmir ki, erotik filmə çəkilsin, el qınağını da üzərinə götürsün. Gənc aktrisa bəyan etmişdi ki, mənə milyon versələr, soyunub açıq-saçıq filmə çəkilərəm. Əslində, Mələk mənim sözlərimi təkrarlayır, bu fikirləri mən çoxdan demişdim. Nəinki soyunmaq, beş dəqiqə öpüşə görə, məni yuyub-sərəcəklər. Bizim insanlar xarici filmlərə həvəslə baxırlar, demirəm seks səhnələri, adi sevişmə səhnələrini göstərəndə normal qəbul edirlər.

Amma onu azərbaycanlı aktyor edəndə, vay dədəm vay, ağızlarını açıb, gözlərini yumurlar. Mən "Sahilsiz gecə" filminə çəkiləndə 15 yaşlı gənc fahişə qız obrazını oynamışam. Filmdə açıq-saçıq səhnələr yoxdur. Amma bunu sözlərlə ifadə edirəm. Orada bir kadr var, oğlanın bacısına deyirəm ki, get qardaşına de, ki mən fahişəyəm. Filmdən sonra hamı başladı mənə namus dərsi keçməyə. Dəstə yığıb, filmin rejissoru Şahmar Ələkbərovun üstünə getdilər.

Xəbər çıxdı ki, guya məni döyüblər. Amma heç kim məni döyə bilməzdi. Sözümün canı budur ki, həmin filmə görə Pribaltikada mən mükafat verdilər, dedilər nə gözəl oynamısan. Amma Azərbaycanda məni daş-qalaq elədilər. Mən peşəkar aktrisayam, istədiyim qonorarın müqabilində açıq-saçıq səhnələrə çəkilərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.