Ölkə

Əməkdar artist: "Polislər tökülüşənə qədər..." - VİDEO

28 İyul 2016 17:48
0 Şərh     Baxış: 2 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Səbuhi İbayev azyaşlı oğluna avtomobilini idarə etməyə icazə verdiyi üçün onu qınayanlara cavab verib. 

Publika.az-a açıqlama verən sənətçi haqqında yazılan yazılardan qəzəblənib:

"Mən illərdir ki, Məcnun kimi opera səhnəsində çıxış edirəm, muğamı Avropada təmsil edirəm, bu qədər uğurlarımdan yazmırlar, amma sevincək paylaşdığım bir videgörüntüdə məni yıxıb-sürüyüblər. Kəndimə gedirdim, elim-obamla görüşüm, sevincimi mənə çox gördülər. Uşaq dedi ki, ata, ver maşını sürüm. Heç üç dəqiqə sürmədi. Onu da öyrətmişəm, bacarır. Heç paylaşmaq fikrim də yox idi. Dedi ki, ata, paylaş, qoy qohumlarımız da görsün. Atayam, uşağın qəlbin qırmadım. O da forslanmaq istəyirdi. Kimsə 1500 manat verib uşağına saxta "prava" alır, bundan yazan yoxdur, amma mənim uşağımın 3 dəqiqəlik maşın sürməsini əllərində bayraq etdilər. Mənim uşağım məktəbin ən nümunəvi şagirdidir".
 
Qaldı ki buna görə cərimələnməsinə, əməkdar artistin cavabı belə oldu: "Cəriməsi nə qədərdisə, ödəməyə hazıram. Polislər tökülüşənə qədər saytlar qabaqladılar".
 
Onu da öyrəndik ki, sənətçinin oğlunun 14 yaşı var.

Xatırladaq ki, əməkdar artist Səbuhi İbayev azyaşlı oğluna avtomobil idarə etməyə icazə verib. O, hətta bununla fəxr edirmiş kimi həmin anları telefona çəkərək videonu sosial şəbəkələrdə paylaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əməkdar artistdən PİS NÜMUNƏ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.