Ölkə

Azərbaycanda qeyri-adi toy - VİDEO

28 İyul 2016 16:49
19 Şərh     Baxış: 7 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qeyri-adi toy mərasimi təşkil olunub. Hərbçi toyunun ilk dəqiqələrində himn səslənib. Daha sonra isə hərbçi olan bəy qonaqlardan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olan əsgərləri bir dəqiqəlik sükütla yad edilməsini xahiş edib. Bundan sonra vətənpərvərlik ruhunda hazırlanmış videoçarx qonaqlara təqdim olunub. 

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, vətənpərvər cütlük toylarının maraqlı keçməsi üçün bir çox fərqliliklər edib. Toyun sonunda "Əsgər Marşı" səslənib və hərbi formalı şəxslərin müşaiyəti ilə aş süfrəyə gətirilib.

Toyun müxtəlif hissələrində isə hərbi forma geyinmiş rəqqaslar müxtəlif rəqslərlə qonaqların  marağına səbəb olublar.

Görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.