Ölkə

İcra Hakimiyyətindən zavoddakı partlayışla bağlı AÇIQLAMA

27 İyul 2016 16:41
4 Şərh     Baxış: 2 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodu və onun ətrafı tam nəzarətə götürülüb. 

Milli.Az bildirir ki, bu barədə aznews.az-a Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Vasif Əliyev məlumat verib.

O bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları hadisə yerindədir: "Hər şey sakitləşdirilib. Əhali arasında təlaş yatırılıb. Partlayış zamanı qorxan insanlarla bağlı profilaktik tədbirlər gürülüb. Hazırda aidiyyəti qurumlar bu işlə məşğuldur". 

V.Əliyev qeyd edib ki, partlayış zamanı zavodun ətrafında olan evlərə ziyan dəyməyib. İcra hakimiyyətinin sözcüsü onu da əlavə edib ki, hadisə zamanı yaralanıb Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilən xəstələr də nəzarət altındadır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.