Ölkə

Trend-in media aləmində daha bir uğuru - FOTO

27 İyul 2016 16:11
Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Trend İnformasiya Agentliyi media almində daha bir nüfuzlu mükafat qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən "Mirzə Cəlil" Media Mükafatının təqdimetmə mərasimində "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev mükfatçılar arasında yer alıb.

Tədbirdə mükafat haqqında geniş açıqlama verən "Mirzə Cəlil" Media Mükafatın Təşkilat Komitəsinin sədri Aqil Ələsgər bildirdi ki, "mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir. Mükafatın predmeti ölkədə jurnalistikanın inkişafı sahəsində yüksək xidmətləri olan şəxslərdir".

Mükafatın Münsiflər Heyətinin üzvü, xalq şairi Sabir Rüstəmxanlı isə çıxış edərək Mirzə Cəlil ənənəsindən danışdı. S.Rüstəmxanlı qeyd etdi ki, Mirzə Cəlil həm sovet dönəmində, həm də müstəqillik dönəmində tənqidçi, satirik medianın yaranmasında və inkişafında mühim rol oynayıb. Cəlil Məmmədquluzadə yaradıcılığı barədə danışan Sabir Rüstəmxanlı dedi ki, "Mirzə Cəlil millətin tərəqqisi yolunda böyük ideoloq olduğu həm də, ətrafındakı ziyalı və qeyri-ziyalını öz səviyyəsinə, ucalığına qaldırmağı ilə ölçülür".

Münsiflər Heyətinin üzvləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, Mətbuat Şurasının üzvü Azər Həsrət çıxış edərək, mükafatın aktuallığını və günümüzdə ona olan ehtiyacdan danışdılar.

Münsiflər Heyətinin üzvü Anar Yusifzadə çıxışında qeyd etdi ki, gələcəkdə Mükafat Fondu da formalaşdırılacaq.

Daha sonra mükafatçılara təqdim edildi. Mükafatçılar arasında professor Şirməmməd Hüseynov, BDU Jurnalistika fakultəsinin məzunu Nəsir Əhmədli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, fotoqraf Elxan Kərimov (ölümündən sonra), Lent.az Xəbər Portalının baş redaktoru Qabil Abbasoğlu, İTV-nin İnformasiya Departamentinin direktoru Rauf Rəcəbov, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, "Azadinform" Agentliyinin baş redaktoru Niyaz Niftiyev, "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin var.

Televiziyalardan Mədəniyyət Kanalı, Azad Azərbaycan, Lider, Region və Dünya telekanalları Mirzə Cəlil ideyalarının təbliğindəki inkişafına görə, Münsiflər Heyəti tərəfindən mükafatlandırıldılar.

Sonda Münsfilər Heyətinin üzvü, xalq şairi Sabir Rüstəmxanlı tədbirə verdiyi dəstəyə görə, iş adamı Məlahət Qurbanovaya "Təşəkkürnamə" təqdim etdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.