Ölkə

Repetitor yanına getmədən 700 bal topladı - VİDEO

27 İyul 2016 15:31
10 Şərh     Baxış: 3 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Repetitor yanına getmədən II ixtisas qrupu üzrə 700 bal topladı.

Bu, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Fərid Hüseynovdur.

Milli.Az apa.tv-ə istinadən bildirir ki, 1999-cu ildə Bakı şəhərində anadan olan Fərid liseydə 5-ci sinifdən təhsil almağa başlayıb.
 
Onun sözlərinə görə, dərslərini elə birinci sinifdən yaxşı oxuyub. Riyaziyyat isə onun ən sevimli fənni olub: "Bundan başqa, tarix fənni ilə maraqlanıram və əlavə tarixlə bağlı araşdırmalar edirəm. Dövlətlər, xalqlar, qədim cəmiyyətlər haqqında məlumatlar toplayıram. İxtisas olaraq da 2-ci qrupu seçmişəm. Biznes sahəsində gələcəkdə işləmək istəyirəm".
 
Müsahibimiz deyir ki, biznesmen olmaq onun uşaqlıq arzusudur: "Uşaqlıqdan biznes sahəsinə marağım olub, gələcəkdə biznesmen olmaq istəyirəm. Buna görə ikinci qrupu seçmişəm. Hazırlaşdığım müddətdə məktəbdən kənar heç bir hazırlığa və yaxud müəllim yanına getməmişəm, yalnız öz məktəbimin müəllimləri ilə normal dərs saatlarında hazırlaşmışam. Müəllimlərimin əməyi, əziyyəti nəticəsində bu nəticəni əldə etmişəm".
 
İmtahanda isə heç bir həyəcan keçirmədiyini deyir: "Həyəcan hissi keçirmədim. Çünki bilirdim ki, həyəcanlanmaq abituriyentin özünü göstərməsində ən böyük maneələrdən biridir. Sualları yazarkən isə yalnız bir sualda tərəddüd elədim və o sualı axıra saxladım. Ondan başqa bütün suallara cavab verdim və axırda o suala qayıtdım. Onu da fikirləşəndən sonra 90 faiz əmin olduğum cavabı yazdım və düz çıxdı. Azərbaycan dili ilə bağlı bir sual idi".
 
Fərid 700 balı iki əsas səbəbə görə toplamaq istəyib: "Birincisi, bu balı yığmaq mənə gələcəkdə ali təhsil həyatımda və iş karyeramda  böyük bir avantaj olaraq kömək edə bilərdi. İkinci və daha əsas səbəbi budur ki, üzərimdə əziyyət çəkən Dəyanət kollektivinə və valideynlərimə onların mənə etdiklərinin əvəzində çox kiçik bir formada da olsa, belə bir təşəkkür eləmək istəyirdim. Şükürlər olsun ki, bu nəticəni əldə etdim. Əslində, valideynlərim də, müəllimlərim də məndən bu nəticəni gözləyirdi. Özüm də bu potensialı hiss edirdim ki, belə bir nəticə göstərə bilərəm".
 
Müsahibimiz deyir ki, dərsdən sonra asudə vaxtlarında bədii ədəbiyyat oxuyub, film izləyib. Onun fikrincə, yüksək nəticə toplamaq istəyən abituriyentlərin mütləq məqsədi olmalıdır: "Yüksək nəticə göstərmək istəyən abituriyentlər, ümumiyyətlə, 700 bal toplamaq üçün 2 amil digər amillərə baxanda əsas rol oynayır. Bunlardan birincisi odur ki, abituriyent öz qarşısına məqsəd qoymalıdır ki, yüksək nəticə göstərmək istəyirəm və bu işin məsuliyyətini dərk etməlidir. İstənilən çətinliyə baxmayaraq, öz məqsədindən imtina etməməlidir. İkinci əsas amil isə imtahana hazırlaşarkən özünə təcrübəli, savadlı, bilikli və ən əsası, səmimi müəllimlər seçməli və onlarla hazırlaşmalıdır imtahana. Əgər bu iki amil yerindədirsə, onlar öz yerini tapacaqlar".
 
Biznesin idarə edilməsi ixtisasını seçən Fərid Hüseynov ali təhsilini xaricdə almağı düşünür.
 
Qeyd edək ki, bu il qəbul imtahanlarında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 2 məzunu 700 bal, digərləri isə 600 baldan yuxarı nəticə göstərib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Repetitor yanına getmədən 700 bal topladı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.