Ölkə

Səhiyyə Nazirliyindən özəl klinikadakı körpə ölümü ilə bağlı AÇIQLAMA

27 İyul 2016 14:38
0 Şərh     Baxış: 1 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi "Baku Medical Plaza"da yeni doğulan körpənin ölümü ilə bağlı heç bir araşdırma aparmır.

Bunu Milli.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, nazirlik yalnız onlara ünvanlanmış rəsmi müraciətdən sonra araşdırma apara bilər: "Bizim araşdırma aparmağımız üçün ya gərək körpənin valideynləri, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə rəsmi məktubla müraciət etsinlər".

Qeyd edək ki, Bakıda bir ailə Milli.Az-a müraciət edərək "Baku Medical Plaza"nın fəaliyyətindən şikayət edib. (http://news.milli.az/country/455203.html)

Ailə hesab edir ki, məhz bu kilinikanın əməkdaşlarının səhlənkarlığı nəticəsində onların orada yenicə dünyaya göz açmış qız uşağı dünyasını dəyişib. Belə ki, iyulun 19-da onların bu klinikada qüsursuz doğulan qız övladı 2 gün sonra klinikanın əməkdaşlarının səhlənkarlığı nəticəsində tələf olub.

Artıq ailə hadisə ilə bağlı artıq Nəsimi Rayon Prokurorluğuna müraciət edib, tibbi ekspertiza təyin olunub.

"Baku Medical Plaza"nın rəhbərliyi isə ölüm hadisənin baş verdiyini təsdiq etsə, öz ünvanlarına qarşı yönəlmiş ittihamları qəbul etmir. Hazırda klinika da uşağın ölümü ilə bağlı tibbi ekspertizanın rəsmi rəyini gözləyir.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.