Ölkə

"JEK"lər LƏĞV EDİLİR

27 İyul 2016 13:41
0 Şərh     Baxış: 3 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxmənzilli binaların idarəolunması üçün yeni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb.

Milli.Az bildirir ki, bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 MMMC yaradılaraq dövlət qeydiyyatından keçib. Bununla da ölkə üzrə MMMC-lərin sayı 28-ə çatıb.

Ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, Mənzil Məcəlləsində "JEK"-lərin (Mənzil-istismar idarələrinin) ləğv olunması nəzərdə tutulub. Çoxmərtəbəli binalar yeni yaradılan cəmiyyətlər tərəfindən idarə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.