Ölkə

Bakıda rəqqasə yoxa çıxdı

27 İyul 2016 10:57
1 Şərh     Baxış: 2 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 18 yaşlı qız itkin düşüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinə müraciət edən qadın, qızı, 1998-ci il təvəllüdlü Ömərova Tahirə Tahir qızının iyulun 23-də günorta saatlarında evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Şikayətçi qızının xarakterik əlamətlərini və fotolarını polisə təqdim edib.

Bildirilir ki, itkin düşən 18 yaşlı qız rəqs qruplarından birinin üzvü olub.
 
Axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.