Ölkə

Ətin qiyməti qalxıb?

27 İyul 2016 10:56
5 Şərh     Baxış: 2 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər Bakıda ətin qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılıb.

Milli.Az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bununla bağlı azvision.az -a açıqlamasında bildirib ki, ətin qiymətində ciddi bahalaşma müşahidə edilmir. 

"Mal əti hər yerdə 7-8 manata, quzu əti isə 8-9 manata alıcılara təklif olunur", - deyə nazirlik rəsmisi vurğulayıb.

M.Hacıyevn sözlərinə görə, ətin qiymətində cuzi artım ola bilər. Bu da bazarda tələb və təkliflə bağlıdır: "Amma bizə rəsmi şəkildə ətin qiymətinin artması haqqında məlumat daxil olmayıb. Bir daha qeyd edirəm ki, mövsümlə və tələb-təkliflə bağlı olaraq bazarlarda ətin qiymətində cüzi qiymət artımı ola bilər. Məsələn, biz bunu yumurtanın qiymətində də hiss edirik. 16 qəpiyə satılan yumurta bir ara 9 qəpiyə qədər düşmüşdü". 

M.Hacıyev qeyd edib ki, ətin qiymətinin qalxmasına yem məhsullarının bahalaşmasının heç bir təsiri yoxdur.

Qeyd edək ki, sakinlərin bildirdiyinə görə, ətin qiymətində 50 qəpik - 1 manat arası bahalaşma hiss olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.