Ölkə

"Hafka"nın qardaşının ölkədən çıxışına qadağa qoyuldu

26 İyul 2016 14:36
0 Şərh     Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin siyahısını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, siyahıda vergi borcu olan bir neçə tanınmış hüquqi şəxslərin də adı yer alıb. Bunlardan biri "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovdur.

Belə ki, "Bakı" klubunun vitse-prezidenti olan Z.Məmmədovun vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.