Ölkə

Avtomobildən külli miqdarda qanunsuz siqaret çıxdı - FOTO

26 İyul 2016 13:47
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və realizə edilməsinin qarşısını alıb. İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Samur" Gömrük Postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan yoxlama zamanı avtomobildən 21 600 ədəd siqaret aşkar edilib.

"Xanoba" Gömrük Postunda isə nəqliyyat vasitəsinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən 8 000  ədəd siqaret aşkar olunaraq götürülüb.

Ümumilikdə 29 600 ədəd siqaretin aşkar edildiyi hər iki fakt üzrə araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.