Ölkə

"Oğlum şəhid olsa, heç belə yanmazdım" - Yanan binayla bağlı məhkəmə yarımçıq saxlanıldı - YENİLƏNİB

26 İyul 2016 12:56
0 Şərh     Baxış: 2 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:56

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad MəmmədovAkif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Report-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə zərərçəkmişlər - Kifayət Nəcəfzadə, Şahnaz Qəniyeva, Bilal Nəsibov, Mənsurə Həmidli, Samirə Həmidova ifadə veriblər.

Yanğın zamanı binadan özünü atan Yaşar Nəcəfzadənin anası K.Nəcəfzadə ifadəsində bildirib ki, hadisə günü rayonda olub: "Oğlum şəhid olsa, heç belə yanmazdım. Yanğın balamı əlimdən aldı".

Ş.Qəniyeva yanğında azyaşlı oğlunun öldüyünü bildirib: "Yanğın başlayanda huşumu itirdim. Evdə azyaşlı oğlumla idim. Bir neçə saatdan sonra xəstəxanada ayıldım. Bir həfətdən sonra isə uşağımın öldüyünü dedilər".

B.Nəsibov qeyd edib ki, hadisə zamanı sonuncu mərtəbədə mərhum Yaşar Nəcəfzadə ilə qarşılaşıb: "O, mənə damın qapısının bağlı olduğunu dedi, sonra aşağı düşüb evə girdim".

Proses zamanı təqsirləndirilən şəxslərdən Miryusif Mahmudovun halı pisləşib. Ona "Təcili tibbi yardım" çağırılıb.

Prosesdə fasilə elan olunub.

Fasilədən sonra zərərçəkmişlər - Fazil Həmidov, Tofiq Mustafayev, Sədaqət Məsimov, Yusif Mahmudov ifadə veriblər.

T.Mustafayev bildirib ki, yanğın nəticəsində evindən başqa, maşınına da ziyan dəyib. O, binanın həyətində saxladığı avtomobilinin yandığını deyib.

Y.Mahmudov vurğulayıb ki, binada yanğın başlayanda evdə anası və bibisioğlu olub: "Hər iki şəxsi yanğından xilas ediblər".

Təqsirləndirilən M.Mahmudovun vəkili vəsatətlə çıxış edib: "Hüquqlarını müdafiə etdiyim şəxsin səhhətində problemlər var. Miryusif Mahmudovun məhkəmə prosesində halı pisləşib, təzyiqi 200-ə qalxıb. Məhkəmədən xahiş edirəm ki, o, müalicə müəssisəsinə yerləşdirilsin".

Vəsatət qismən təmin edilib.

Məhkəmənin növbəti iclası iyulun 28-nə təyin edilib.

-----------

12:03

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad MəmmədovAkif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az report-a istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Miryusif Mahmudovun halı pisləşib. Ona "Təcili tibbi yardım" çağırılıb.
Prosesdə fasilə elan olunub.

Xatırladaq ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "QlobalStone" MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, "poliuretan" məmulatlarının sınaq yoxlamalarını keçirən "Dərnəgül Boru Zavodu" Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, "poliuretan" məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.