Ölkə

Ton yarımdan çox narkotik vasitə aşkar edilib

26 İyul 2016 11:13
0 Şərh     Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2016-cı ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1439 fakt aşkar edilib ki, onlardan 375-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1006-sı satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 43-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 15-i isə digərləri təşkil edib".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev məqaləsində deyib.

O qeyd edib ki, aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 520 kq 018,497 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub, müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 294 kq 108,305 qr marixuana (19,3%), 169 kq 501,11 qr tiryək (11,2%), 1 ton 037 kq 427,41 qr heroin (68,2%), 16 kq 290,255 qr həşiş (1,1%), 2 kq 488, 884 qr digərləri (0,2%), 154,220 qr psixotrop maddələr və 11828 ədəd həb təşkil edib: "Həmçinin "Xaş-Xaş 2016" şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 56 kq 399,885 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.