Ölkə

Bakıda qadına qarşı soyğunçuluq edən şəxsə hökm oxunub

25 İyul 2016 17:17
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən İlkin Məmmədovun məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ.Məmmədov 5 il müddətində azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, İ.Məmmədov Masazır qəsəbə sakini Səriyyə Ağalarovaya qarşı soyğunçuluq edərək, onun əlindəki çantanı oğurlayıb. Ona Cinayət Məcəlləsinin soyğunçuluq (180) maddəsi ilə cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.