Ölkə

Arvadının ölümünə dözə bilmədi - Evə od vurdu, özünü asdı - FOTO

25 İyul 2016 17:10
19 Şərh     Baxış: 12 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunda baş vermiş dəhşətli intiharın təfərrüatı məlum olub. Evə od vurub özünü asan şəxs intihar edəcəyini və bunun səbəbini yaxınlarına deyibmiş.

Dəhşətli hadisə iyulun 23-də Qovlar şəhəri ərazisində qeydə alınıb. Vidadi Allahverdiyev özünə məxsus 6 otaqlı evi yandırıb, sonra isə intihar edib. Onun meyitini yanğınsöndürənlər yanğını söndürəndən sonra aşkarlayıb.

Milli.Az bildirir ki, Tovuz Rayon Prokurorluğundan cirminal.az-a deyildi ki, V.Allahverdiyevin həyat yoldaşı bir müddət əvvəl dünyasını dəyişib. Onun ölümündən sonra V.Allahverdiyev yaxınlarına yaşamağın mənasız olduğunu, həyat yoldaşı olmadan həyatın ona maraqsız olduğunu deyibmiş. 

Heç bir problemi olmadığından onun intiharı da məhz həyat yoldaşının ölümünə görə etməsi ehtimal olunur. 

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.