Ölkə

Beş sığorta şirkəti bağlanır?

25 İyul 2016 17:05
112 Şərh     Baxış: 3 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların sağlamlaşdırılması ilə yanaşı, sığorta şirkətlərinin də sağlamlaşdırılması prosesinə başlayıb.

Milli.Az bu barədə fins.az-a istinadən xəbər verir. 

Belə ki, Palata beş sığorta şirkətinin -"Bakı Sığorta", "Alfa Sığorta", "Rəvan Sığorta", "Başak İnam" və "Azərqarant Sığorta" şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı Maliyyə Sabitliyi Şurasına müraciət edib. 

İyul ayının sonuna kimi sığorta şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı qərarın veriləcəyi bildirilir. Adıçəkilən şirkətlərin lisenziyaları ləğv edilsə də, sığorta brokeri və ya agenlik kimi fəaliyyət göstərmə seçimləri olacaq. 

Qeyd edək ki, bundan əvvəl iyul ayının 22-də Palata dörd bankın ("Zaminbank", "Dekabank", "Kredobank" və "Parabank") lisenziyasının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Maliyyə Bazarlarına Nəzarət Palatası isə beş sığorta şirkətinin bağlanmasına dair Maliyyə Sabitliyi Şurasına müraciət etməsi barədə məlumatı təkzib edir.

Milli.Az bildirir ki, Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov oxu.az-a deyib ki, palata sığorta şirkətlərinin bağlanması üçün heç bir orqana müraciət etməyib. 

"Bu barədə yayılan məlumat da əsassızdır", - deyə R.Abbasov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.