Ölkə

Pəncərədən qadının evinə soxuldu

25 İyul 2016 16:47
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafada quldurluq hadisəsi baş verib. 

Milli.Az DİN-ə istinadən bildirir ki, iyulun 24-də Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini Aynurə Abdullayeva RPŞ-yə müraciət edərək həmin gün saat 03 radələrində yaşadığı evə pəncərədən girmiş şəxsin onu bıçaqla hədələyərək oradan 1500 manat dəyərində qızıl əşyalar aparmasını bildirib.

Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Xətai Mövləverdiyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.
 
Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.