Ölkə

Bakıda polis qəzaya düşdü: 4 qadın yaralandı

25 İyul 2016 14:55
0 Şərh     Baxış: 1 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, Zabrat-Maştağa şosesində 1983-cü il təvəllüdlü Eşqin Əhmədovun idarə etdiyi "VAZ-21150" və 1951-ci il təvəllüdlü Vaqif Eminovun idarə etdiyi "VAZ-21041" markalı avtomobillər toqquşub.
Nəticədə V.Eminovun sərnişinləri Neftçala rayon sakini, 1960-cı il təvəllüdlü Gülnişan Qurbanova, 1970-ci il təvəllüdlü Xatirə Qurbanova, 1961-ci il təvəllüdlü Tamara İsayeva və 1953-cü il təvəllüdlü Mehrəmsə Kərimova müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, sürücülərdən Eşqin Əhmədov polis serjantıdır.

Faktla bağlı istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.