Ölkə

Qrup halında səyahət etmək istəyənlərin sayı artıb

25 İyul 2016 14:48
2 Şərh     Baxış: 1 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ölkə daxilində qrup halında səyahət etmək istəyənlərin sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanda turoperator və səyahət agentlikləri tərəfindən ötən il qrup halında səfərlər üçün 3 739 turizm yollayışı satılıb. Bu rəqəm 2012 (7 134) və 2013-cü illə (5 980) müqayisədə nisbətən az olsa da, 2014-cü ilə (3066) nisbətən çoxdur.

2014-cü ildə ölkə daxilində qrup halında səyahət etmək üçün Azərbaycan vətəndaşlarına 894, 2015-ci ildə 1847 turizm yollayışı satılıb.

Ölkədən kənarda səyahət etmək üçün də Azərbaycan vətəndaşlarına satılan turizm yollayışlarının sayı azalıb. 2014-cü ildə bu məqsədlə 1968, 2015-ci ildə 1 738 turizm yollayışı satılıb.

Eyni hal Azərbaycan ərazisində səyahət etmək istəyən xarici ölkə vətəndaşları ilə də bağlı olub.
Azərbaycan ərazisində səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına turizm yollayışlarının ən çox satıldığı il 2012-ci il olub.

Həmin il xarici ölkə vətəndaşlarına 3 306, 2013-cü ildə 1 956, 2014-cü ildə 204, 2015-ci ildə isə 154 turizm yollayışı satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.