Ölkə

Dəhşətli QƏZA: ölən və yaralılar var - YENİLƏNİB - VİDEO - FOTO

25 İyul 2016 15:39
2 Şərh     Baxış: 2 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:49

Şamaxı rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saat 8:30 radələrində Şamaxı-Göylər avtomobil yolunda qeydə alınıb.

Rayon sakini 1978-ci il təvəllüdlü Soltanov Natiq Tapdıq oğlunun idarə etdiyi 56-BG-132 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili qarşı tərəfdən gələn 1962-ci il təvəllüdlü Nəbiyev Pənah Qədir oğluna məxsus 56-BG-014 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "VAZ 2106"-nın sürücüsü Natiq Soltanov və sərnişini, 1985-ci il təvəllüdlü Əliyev Arif Şahlar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
  
"VAZ 2107"nin sürücüsü Pənah Nəbiyev isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   

Milli.Az

----------

15:39

Videonu izləmək üçün şəklə klikləyin:

Dəhşətli QƏZA: ölən və yaralılar var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.