Ölkə

Ramil Usubov komitə sədrinin qohumuna yeni vəzifə verdi

23 İyul 2016 16:41
Baxış: 2 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bəhruz Cabbarov Qubadlı Rayon Polis şöbəsinə rəis təyin edilib.

Bəhruz Cabbarov bundan öncə Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, Bəhruz Cabbarov Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qohumudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.