Ölkə

"Qafqaz" Universiteti bağlandı

20 İyul 2016 13:55
33 Şərh     Baxış: 24 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qafqaz" Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edib.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə bildirilib ki, "Qafqaz" Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olandan sonra "Qafqaz" Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə nazirlik tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.