Ölkə

Hakim köməkçisi özünü öldürmək istədi - YENİLƏNİB

2 İyul 2016 13:49
4 Şərh     Baxış: 2 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:49

Şəki Ağır Cinayətlər Məhkəməsi hakim köməkçisinin intihara cəhd etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Məhkəmədən APA-ya verilən məlumata görə, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyən Spartak İsmayılov bu ilin martında öz ərizəsi ilə işdən çıxarılıb.

Hazırda o rayonda fəaliyyət göstərən banklardan birində hüquqşünas vəzifəsində çalışır.

----------

12:18

Şəkidə intihara cəhd olub.

Milli.Az bildirir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şin kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Spartak İsmayılov özünü Kiş çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
 
Faktla bağlı araşdırma aparılır. 
 
Qeyd edək ki, S.İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyir. Onun külli miqdarda borcu olduğu üçün intihara cəhd etdiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.