Ölkə

"Pulumuz yox idi, qazandan xoşumuz gəldi, götürdük" - Oğru "Vanqa" - YENİLƏNİB - VİDEO - FOTO

2 İyul 2016 11:42
8 Şərh     Baxış: 2 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:42

Goranboyda axtarışda olan iki nəfər saxlanılıb.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar törədən 7 nəfərlik dəstənin daha iki üzvü - "Vanqa" ləqəbli Vaqif Hüseynov İlkin Şıxıyev tutulub. Həmin şəxslər paytaxt Bakı şəhərində saxlanılıblar.

Ağaxan Abdullayev- müstəntiq: "Qrup iki nəfəri Hüseynov Vaqif Ədalət oğlu və Şıxıyev İlkin Bahadur oğlu məsuliyyətdən yayınmaq üçün qaçıb gizləniblər. 30 iyun 2016-cı il tarixdə Goranboy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həmin şəxslər tutularaq istintaqa təhvil verilib".

İstintaq yolu ilə müəyən edilib ki, barələrində axtarış elan olunan Vaqif Hüseynov və İlkin Şıxıyev axtarışda olduqları müddətdə də öz çirkin əməllərini dayandırmayıblar. İkili Dəliməmmədli şəhəri ərazisində müxtəlif obeyktlərdən oğurluqlar edib. Ancaq "Vanqa" ləqəbli "qəhrəman" əməlinə görə heç də peşman deyil.

Vaqif Hüseynov (Vanqa) - saxlanılan şəxs: "Axtarışda olan vaxt pulumuz yox idi. İstəyirdik pulumuz olsun. Bunun üçün də haranısa yarmalıydıq. Ona görə də Dəliməmmədlidə bir mağazanı, bir çay evini yardıq. Xanqərvənddə bir evə girdik, oradan bir qazandan xoşumuz gəldi, onu götürdük. Əməlimdən heç də peşman deyiləm. Niyə peşman olum ki, bunu mən eləmişəm"

Vaqif Hüseynovun ortağı İlkin Şıxıyev də peşman görünmür. O, bir neçə aydır məsuliyyətdən yayınmasına özünəməxsus şəkildə don geyindirib.

İlkin Şıxıyev - saxlanılan şəxs: "Gözəl hava var çöldə. Biz də şəhərdəydik, Bakıda dəniz qırağında. Dedik ki, yayda dəniz qırağında dincələk, qışda gedərik".

Yay mövsümünü dəniz kənarında keçirmək istəyən dostların bu arzusu ürəyində qalıb. Özü də bir deyil, bir neçə illik. Hazırda polis dəstə üzvlərinin ziyan vurduğu zərərçəkənlərin sayını müəyyənləşdirir. 

-----------

10:35

Goranboy polisi axtarışda olan 2 nəfəri həbs edib.

Onlar bu ilin may ayında ifşa olunan oğru dəstənin üzvləridirlər.

Milli.Az anspress-ə istinadən bildirir ki, Goranboy polisi oğurluqla məşğul olan 7 nəfərlik dəstənin axtarışda olan 2 üzvünü yaxalayıb. Goranboy və Göy-Göl rayonları ərazisində mağazaları, evləri, poçt şöbəsini soyan, subartezian quyularının elektrik kabellərini oğurlayan dəstənin 5 üzvü bu il may ayında saxlanılıb.

Həmin vaxt istintaqdan yayınmağı bacaran Vaqif Hüseynovİlkin Şıxıyev Bakı şəhərində ələ keçirilib. İstintaq  zamanı məlum olub ki, dostlar axtarışda olduqları müddət ərzində də sakit dayanmayıb.

Goranboy Rayon Polis Şöbəsindən onu da bildirdilər ki, saxlanılan şəxslərin axtarışda olduğu müddətdə törətdikləri cinayətlərin sayının etiraf etdiklərindən daha çox ola biləcəyi də istisna deyil.

Rayon polis şöbəsindən onu da öyrəndik ki, saxlanılan şəxslər əvvəllər də oğurluq etdiklərinə görə məhkumluq həyatı yaşayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

7 nəfərlik oğru dəstə tam ifşa olundu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.